Növbəti monitorinq imtahanı keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinqi həyata keçirildi.
Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqlar Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanmışdır. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilir.
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.