“Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi”

    Məktəbin illik tədbirlər planına uyğun olaraq "Heydər Əliyev ili" çərçivəsində növbəti dəyirmi masa keçirildi.

    Məktəbin direktoru Dilarə Cəbrayəlova xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirən direktor varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən Dahi rəhbərin həyatını öz xalqına həsr etdiyini xatırladıb: “Ulu öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. Onun qurub yaratdıqları, müdrik ideyaları, müqəddəs irsi təkcə dünənimiz və bu günümüz üçün deyil, eyni zamanda gələcəyimiz üçün də əvəzsizdir”.

    Ulu öndərin müqəddəs yolunu uğurla davam etdirən, ata vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə - bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissilə diqqətə çatdırıb.

    Çıxışının sonunda Dilarə Cəbrayılova vurğulayıb ki, xalqımız ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi