"Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca II" layihəsi uğurla davam edir
“Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində Nardaranda yerləşən 295 nömrəli tam orta məktəbdə "Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca II" layihəsinəuğurla davam edir.
Layihəyə cəlb olunmuş 3b və 3c sinif şagirdləri 16 gün boyunca davam edən təlimləridə əylənərək riyazi biliklərini daha da möhkəmləndiriblər. Sonda 3b sinfində 111425 balla Kazımov Əliəkbər, 3c sinfində isə 59170 balla Cahangirli Şəbnəm sinfin qalibi oldular.
Növbəti aylarda 4a və 4ç sinif şagirdlərinin layihəyə cəlb olunması planlaşdırılır.