Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası məktəbimizdə

7 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Sabunçu rayonunun Nardaran qəsəbəsində 295 №-li tam orta məktəbdə Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib.

Aksiya çərçivəsində 165 nəfər müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, və s. diaqnozlar aşkar olundu.

Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasientləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti dr. Həsənova Rəvanə, dr. Əliyeva Sidiqə, dr. Əsgərov Elçin və rezident Manafov Samir tərəfindən həyata keçirildi.

Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural, Təşkilat şöbəsinin işçi heyəti Qurbanova Leyla və Səyyar Klinikanın sürücüsü Nəsirov Vasif iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi