"Ekologiya və iqtisadiyyat"

“Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 295 nömrəli tam orta məktəbdə “Ekologiya və iqtisadiyyat” mövzusunda tədbir keçirildi.Məktəbin coğrafiya müəllimi Həsənova Səbahət şagirdlərə bu mövzuda geniş məlumat verdi.Ekologiyanın müasir dünyamızda ən ciddi və aktual problemlərdən biri olduğu bildirildi.Yer kürsəsinin genişmiqyaslı zibillənməsi, tullantıların yaranması, atmosferdə yaranan qazların ətraf mühitə təsirinin nəticələri barədə video çarxlar nümayiş etdirildi.Tədbir şagirdlərin ekoloji maariflənməsi baxımından böyük əhəmiyyətə malik oldu.Sonda: “Yaşadığımız mühiti nə qədər az çirkləndirsək, bir o qədər çox sağlam və rahat yaşayarıq” şüari ilə tədbir sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi