"Cənnət sakinləri"
25.09.2023 cü il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nardaran qəsəbə Mədəniyyət Mərkəzində "Cənnət sakinləri" tamaşasında olublar.
Tamaşada qonaq qismində şəhid ailələri, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmət Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinləri 130 və 295 nömrəli tam orta məktəblərin ,11 nömrəli İnteqrasiya təlimli internet məktəbinin müəllim və şagird heyyəti iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Asif Qurbanov qonaqları salamlayaraq, Qarabağ müharibəsi haqqında ətraflı məlumat verib.Sonra səhid Sahin Qədirivovun anasi ,Ceyildağ qəsəbə klubunun direktoru Zərife xanim və şəhid Ağacavad Mutəllimzadənin anasi Nailə xanim cixiş ediblər.Cixislardan sonra rejissor Lalə Hadıyevanin səhnələsdirdiyi "Cənnət sakinləri" tamaşası təqdim olunub.
Tamaşada rolları Maştağa Mədəniyyət Mərkəzinin xalq teatrının üzvləri ifa ediblər.