18 Sentyabr- Milli Musiqi Günüdür
18 sentyabr xalqımız üçün böyük bayram günüdür. Bu gün dahi Ü.Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur.
Bu münasibətlə 4a sinfində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi.