15 Sentyabr-Bilik Günü qeyd edildi.

 

    15 sentyabr 2023-cü il tarixində məktəbdə Bilik Günü təmtəraqlı şəkildə qeyd olundu. Həyəcanla ilk dərs gününü gözləyən birincilər, son dərs ilinə başlayan onbirincilər və digər sinif şagirdləri böyük sevinc hissi ilə müəllimlərini və doğma elm ocaqlarını salamlayıblar.

    Açılış tədbirində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək məktəb kollektivini, müəllim və şagirdləri salamlayıb, onlara xoş diləklərini çatdırıb.

    Tədbirdə Sabunçu rayon İcra Hakimiyətinin nümayəndəsi qonaq qismində iştirak edib. O, çıxış edərək yeni dərs ilində hər kəsə uğurlar arzulayıb.

Sonda bütün siniflər sinif otaqlarına yola salınıb və ilk dərs gününə start verilib.

Yeni dərs ilinin başlanması münasibətilə hər kəsi təbrik edir, zehin açıqlığı, sağlamlıq və müvəqqətlər arzu edirik.

#SalamMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi