“Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili ”

“Oriqami“ uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşən, “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili ” layihəsinin icrası bizim məktəbdə davam edir.
Bu barədə QHT.az-a təşkilatın sədri, layihə rəhbəri Namiq Nəcəfov məlumat verib. "06.09.2023-cü il tarixində Sabunçu rayonu Nardaran qəsəbəsi 295 № li tam orta məktəbdə “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili ” layihəsi çərçivəsində layihə iştirakçıları-yeniyetmə velosipedçilərlə məşğələ və Anket-Sorğusu keçirilmişdir.

Saat 11-00-da layihəyə qoşulmuş yeniyetmə velosipedçilər,15 nəfər qız və oğlanlar, məktəbin dəhlizinə toplaşmışdılar.Onlar,tətil günlərində,layihədə iştiraklarına çox sevinirdilər. Axı,yeniyetmələrin asudə vaxtları daha məzmunlu təşkil olunmuşdu və səmərəli keçirdi.Məşğələnin daha maraqlı keçməsi üçün əyani vasitələrdən geniş çeşiddə istifadə olunurdu. Belə ki, yazı masalarının üstündə layihənin atributları, loqolu,təsvirli qısaqol köynək,loqolu,təsvirli hədiyyə çanrası,velosipedçilər üçün fərdi ,çeşidli. müdafiə dəstləri, su qabları, içərisində dəftərçə və qələm olan dəftərxana qovluqları və Anket-Sorğusunun vərəqləri əvvəlcədən hazırlanaraq düzülmüşdü.Budur,məşğələ saatı başladı və layihənin rəhbəri N.Nəcəfov iştirakçıları salamlayaraq məşğələnin mövzusunu elan etdi,yeniyeytmələrə nümayiş etdirilən atributlar barədə məlumat verdi. Yeniyetmə velosipedçilərlə keçirilən məşğələdə 295 № li tam orta məktəbin direktoru Dilarə Cəbrayılova çıxış etdi. O,özünün keçdiyi həyat yolundan və əldə etdiyi uğurlardan təfsilatı ilə ətraflı danışdı, öz timsalında məktəbliləri həmişə birunci olmağa çağırdı.

Yeniyetmələrə Anket-Sorğusunun vərəqləri paylandı və onlar velosipedçilərin yolda üzləşdiyi situasiya, təhlükəsizlik qaydaları,fərdi qoruyucu vasitələrdən istifadəni əhatə edən suallara 20 dəq.,ərzində test üsulu ilə cavablarını yazdılar.

“Oriqami” ictimai birliyinin icra etdiyi “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili ” layihəsinin Nardaran qəsəbəsi 295 № li tam orta məktəbdə təşkil olunmuş məşğələsində pedaqoji kollektivin üzvləri fiziki tərbiyə müəllimi C.Məhəmmədov., psixoloq H.Ələkbərova.,UBTR D.Novruzova iştirak edirdilər.
Məşğələ prosesindən foto -video çəkilişi aparılmış və media vasitələrində yayımlanmaq üçün məlumat hazırlanmışdır."

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi