"Dəyərlərimin fərqindəyəm" layihəsi
Məktəbin ibtidai sinif müəllimi Babaxanova Cəmilə və 3 a sinif şagirdləri Avropa Təhsil Məktəbi Platformasında növbəti layihəyə start veriblər. Layihə "Dəyərlərimin fərqindəyəm" adlanır. Onu da qeyd edək ki, bu layihədə Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Portuqaliya, Slovakiya, Bolqarıstan, Rumıniya, Lüksemburq, Polşa, Albaniya və Litvadan olan məktəblilər də iştirak edirlər.
Layihənin əsas məqsədi səbir, dözüm, məsuliyyət, sevgi, hörmət, yardımsevərlik kimi insani dəyərləri şagirdlərə aşılamaq, onların bu istiqamətdə inkişaf etmələrinə yardımçı olmaqdır.
Layihə çərçivəsində şagirdlər müxtəlif tapşırıqlar yerinə yetiriblər.