Xarıbülbüllü Novruzumuz mübarək!

    Məktəbin İllik Tədbirlər planına əsasən milli adət-ənənələrimizi özündə qoruyub saxlayan, əsrlərdən süzülüb gələn Novruz bayramı yüksək səviyyədə keçirildi 

    Tədbiri məktəbin direktoru Dilarə Cəbrayılova açaraq müəllim və şagirdləri “Novruz” bayramı münasibəti ilə təbrik edərək ölkəmizə, dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzuladı. Ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirdi ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırdı. O bildirdi ki,“Ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq ölkəmiz illərdir Novruz bayramını geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edir. Dövlət başçısı İlham Əliyevin siyasəti, güclü iradəsi sayəsində artıq  Qarabağda Novruzu qarşıladığımızı bildirdi. 

    Şagirdlərin  iştirakı ilə gözəl mahnı və rəqs nömrələri, müxtəlif kompozisiyalar, şeirlər və haxışdalar, Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaratdı. “Xarıbülbüllü Novruzumuz mübarək!” adlı bayram tədbiri möhtəşəm sonluq və alqışlarla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi