BŞTİ TƏRƏFİNDƏN SONUNCU MONİTORİNQ KEÇİRİLDİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərində sonuncu monitorinq keçirildi.
BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.
Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.
Təhsilalanlara təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunur. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilir.