1 Mart-Ümumdünya Mülki Müdafiə Günü qeyd edildi
Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gün kimi təqvimə salınıb.
Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.
Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır.
1 Mart-Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə X-XI sinif şagirdləri ilə maarifləndirici dərs keçirildi. Fövqəladə hallar zamanı davranış qaydaları, ilkin tibbi yardım izah edildi. Dərslərin keçirilməsində məqsəd Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin hazırlığı və maarifləndirilməsinin təmin edilməsi, onların diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.