IX sinif şagirdləri ilə peşə yönümü istiqamətində maarifləndirici söhbət keçirildi.

   IX sinif şagirdləri ilə peşə yönümü istiqamətində maarifləndirici söhbət keçirildi.

   Məktəbin direktoro Dilarə Cəbrayılova çıxış edərək bildirdi ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkişaf  peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olub.  Gənclərə peşə imkanlarını tanıtmaq məqsədi ilə silsilə tədbirlər keçirilir.

    Peşəyönümü anlayışı “gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri” kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəklərini bilmirlər. Əksər hallarda bəzi gənclər çoxu bu çaşqınlıqla peşələrini seçir və nəticədə özlərini və ailələrini yanlış seçim ucbatından məyusluğa uğradırlar. Peşə seçiminin mürəkkəb və dinamikliyi bu prosesdə şagirdlərə  köməyi zəruri edir.

    Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü  xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən məktəb psixoloqunun şagirdlərin maraq və qabiliyyətləri haqqında dəqiq məlumat verəcək və etibarlılığı olan ölçmə vasitələrini bilməsi və istifadə etməsi vacibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi