"İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda söhbət keçirildi

 

    Məktəb psixoloqu Ələkbərova Həmidə "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda yarışçılarla maarifləndirici söhbətlər aparıb, onlara qələbəyə gedən yolun məhz iradə və əzmkarlıqdan keçdiyini bildirib. İdmanda sağlam rəqabətin vacibliyindən danışıb.

    Yüksək ixtisaslı idmançıların tərbiyə olunması seçimdən, təlimdən, məşqlərdən, yarışlarda iştirakdan və bərpadan ibarət vahid prosesdir. Müasir idmanda buna sistemli yanaşma deyilir. İdmançıların hazırlanmasına pedaqoji iş kimi baxılmalıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün hər bir idman növünün vəzifələri düzgün anlaşılmalı – idmançı modelinin yaradılmasına səy göstərilməlidir.

    Məktəblilərin psixoloji vəziyyətini öyrənmək, onun idarə olunması metodikasına yiyələnmək xüsusi əhəmiyyət kəsb edən məsələdir. Əvvəlcə səy göstərilməlidir ki, psixi vəziyyətlərin diaqnostik metodu düzgün müəyyənləşdirilsin. Sonra idmançıların yarışlara hazırlıq və yarış mərhələlərində fərdi xüsusiyyətlərinin dinamikası öyrənilməlidir. Daha sonra isə onların vəziyyətlərinin optimallaşdırılması metodu işlənib hazırlanmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi