Səhər gimnastikası keçirildi
5 Mart- Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təşkil olunmuş "İdman həftəsi"nə start verildi.
Bu münasibətlə ibtidai siniflərdə səhər gimnastikası keçirildi.
Gimnastika, insanın fiziki formasının və xoş əhval-ruhiyyəsinin, orqanizmin müqavimət qabilyətinin və gözəl qədd-qamətinin saxlanmasına yönəldilmiş vasitələrdən ən mühümüdür. Gimnastika edərkən sadə, yüngül hərəkətlərdən başlayıb, orqanizmi daha ağır hərəkətlərə hazırlamaq lazımdır. İkinci mərhələdə daha ağır hərəkətlər edir, sonra isə sakitləşdirici təmrinlərə keçirlər ki, bunun da əsas xüsusiyyəti əzələləri boşaltmaq və rəvan tənəffüsü bərpa etməkdir.