ŞAGİRD DAVRANIŞ QAYDALARININ TƏTBİQİ İLƏ BAĞLI NÖVBƏDƏNKƏNAR ŞURA İCLASI KEÇİRİLİB

    Məktəbin növbədənkənar Pedaqoji Şurası keçirildi. İclasın keçirilməsində məqsəd  "Ümumtəhsil məktəblərində şagird davranış qaydaları"nın tətbiq olunacağı pilot məktəblərdən biri kimi 295 nömrəli tam orta məktəbin də yer alması olub.

    İclasın gündəliyində duran əsas məsələ "Şagird davranış qaydaları, sənədin strukturu ilə tanışlıq, tətbiq mexanizimləri və məsul şəxslərin təyini" olub. Gündəlikdəki məsələ ilə heyəti tanış edən məktəbin direktoru Dilarə Cəbrayılova müəllimlərə və sinif rəhbərlərinə bu sənəd, sənədin mahiyyəti, davranış qaydaları, qayda pozuntuları, qayda pozuntularının səviyyələri, korreksiyaedici və rəğbətləndirici tədbirlər barədə ətraflı məlumat və izahat verib. İclasda Nizam İntizam Şurası yaradılıb və şuraya daxil ediləcək 5 məsul şəxs müəyyənləşdirilib. Sinif rəhbərləri sinif davranış jurnallarının tərtibatı ilə tanış edilib. Nizam intizam koordinatoru Zülfiyyə Rəşidova özünürefleksiya vərəqi, özünürefleksiya prosesi barədə təlimat, bildiriş məktubu və s formalarla tanış edilib. Müavinlərin mövzu ətrafında fikirləri dinlənilib. Daha sonra pedaqoji heyətin sualları cavablandırılıb, qaranlıq qalmış nüanslar yenidən izah edilib, bəzi məqamlara aydınlıq gətirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi