Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş xüsusi dərslər keçirildi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2- 55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəbdə Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər təşkil edildi.
Tədbirlər planına əsasən ibtidai siniflərdə "Xocalı soyqrımı: xalqa qarşı zorakılıq" mövzusunda , ümumi orta təhsil pilləsində isə " Tarixin soyqrımı zəncirində Xocalı faciəsi" mövzusunda xüsusi dərslər keçirildi.