"Narkomaniya ümumbəşəri bəladır"

Sabunçu rayonu 295 nömrəli tam orta məktəbdə 16.12.2016-cı il tarixində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi və maarifləndirilməsi məqsəd ilə növbəti bir tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,Sabunçu RPİ-nin rəisi polis-polkovniki Eldar İlyasov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Bilal Əsədov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov, DİN-nin mətbuat xidmətinin əməkdaşı Çingiz Şıxverdiyev iştirak etdilər. İlk öncə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı sosial video çarx nümayiş olundu.Şagirdlərin ifasında narkotiklərin insan talehlərinə vurduğu mənfi təsirlər haqqında səhnəciklər nümayiş etdirildi. Məruzəçilər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar. Tədbirin sonununda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi