"Qəhrəmanlıq və qürur yerimiz" adlı tədbir keçirildi

    Məktəbin İllik Tədbirlər Planına  əsasən məktəb kitabxanasında 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş "Qəhrəmanlıq və qürur yerimiz" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək, 20 Yanvar hadisələri haqqında geniş məlumat verdi. o bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

     1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

    Sonra isə kitabxana müdiri Cəfərova Kəmalə çıxış edərək bildirdi ki, 19 yanvar gecəsi faaciə törədildi, günahsız insanlar şəhid oldular... O gün gecənin zülmətindən istifadə edən "şücaətli" rus əsgəri yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Dövlət başçımızın görüşünə gələn xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. 

     İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq.  Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz! 

     

     ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi