3ç sinfində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərs keçirildi.

    Elm və təhsil nazirinin 2023-cü il 10 yanvar tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəbin 3ç sinfində xüsusi dərs keçirildi.

     Şagirdlərə "20 Yanvar şəhidləri" mövzusunda geniş məlumat verildi. 20 Yanvar faciəsinin qurbanları ehtiramla anıldı. 

    20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğu barədə məlumat verilib. 20 Yanvar tarixinin tariximizə şanlı bir səhifə kimi yazıldığı diqqət mərkəzinə çatdırılıb.

 

    ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi