Məktəbdə Yeni il şənliyi keçirildi
Hər il olduğu kimi bu il də 295 nömrəli tam orta məktəbdə” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü “nə həsr olunmuş tədbiri keçirildi. Tədbirdə müəllimlərdən və şagirdlərdən ibarət məktəb kollektivi iştirak edirdi. Məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyindən, bu yolda ümummilli lider H.Əliyevin gördüyü işlərdən danışdı. Qalib Azərbaycanın bayram sevincinin əvəzolunmaz hiss olduğunu bildirdi.
Tədbirdə şagirdlər müxtəlif musiqi və rəqs növləri ilə çıxış etdilər.