"H.Əliyev irsi milli sərvətimizdir"

    Ümummilli lideri H.Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev irsi milli sərvətimizdir" mövzusunda dəyirmi masa keçirildi.

    Məktəbin direktoru Dilarə xanım Cəbrayılova çıxış edərək bildirdi ki, ümummilli liderin keçdiyi şərəfli həyat yolundan söhbət açdı. O bildirdi ki, Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir.  Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.

    Ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.

    Ondan sonrakı dövrdə də Heydər Əliyev siyasəti davam etdirilmişdir. 2003-2013-cü illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixdə qalmışdır. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Sadəcə olaraq, biz Ulu Öndərin siyasətinə sadiq qalaraq onun siyasətini yaşatmışıq, zənginləşdirmişik və Azərbaycanı inamla irəliyə aparmışıq.

    Son on il ərzində istənilən istiqamət üzrə böyük nailiyyətlər, nəticələr, uğurlar vardır. Azərbaycan iqtisadi sahədə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bizim rayonlarımızın abadlaşması proqramı uğurla icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilmişdir. Biz kosmik dövlətə çevrilmişik. Artıq Azərbaycan peyki fəzaya qaldırılmışdır. Biz energetika, nəqliyyat sahələrində ölkəmiz üçün, dünya üçün vacib olan layihələri icra etmişik ki, bu layihələr xalqımızın, ölkəmizin uğurlu yaşaması üçün bundan sonra onilliklər ərzində xidmət göstərəcəkdir.

    Bütün bu nailiyyətlərin əldə edilməsində başlıca şərt Heydər Əliyev siyasətinə olan sədaqətimizdir.

    Allah Ulu Öndərə rəhmət etsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi