Milli Aviasiya Akademiyasına ekskursiya

    Məktəbimizin X və XI sinif şagirdləri Milli Aviasiya Akademiyasına ekskursiya ediblər.  

    Onlar Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki  Aviasiya Muzeyində olublar. Burada onlara mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların nümayiş etdirilib, onlar haqqında geniş məlumat verilib. Sonra isə Aviamodelçilik laboratoriyasında olublar. Burada onlara uçuş aparatlarının layihələndirilməsi və hazırlanması üçün nəzəri və praktiki məlumatlar verilib.  Bu laboratoriyada  tələbələr təyyarələrin uçan modellərinin düzəldilməsinin nəzəriyyə və praktikasını öyrənməklə yanaşı, həmçinin öz əlləri ilə layihələndirdikləri və düzəltdikləri modelləri idarə etməyi də öyrənirlər. Sonda şagirdlərbtədris prosesi ilə yaxından tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi