Elektron jurnalın işlənməsi ilə bağlı təlim keçirildi
Məktəbin pedaqoji və inzibati-idarəetmə heyəti üçün elektron jurnal və gündəlik platformasından istifadə üzrə təlimlər keçirildi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Xalidə Ağayeva yeni istifadəyə verilmiş platformanın səmərəli istifadəsinin təşkili məqsədilə keçirilən təlimlərdə müəllimlərə elektron jurnal və gündəlik sistemi platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi, şagird bölməsi ilə iş mövzuları izah etdi. İnzibati-idarəetmə heyəti üçün isə təlimlərdə tədris planına baxış, müvafiq uyğunlaşdırmaların aparılması, fənlər bölməsində aidiyyəti dəyişiklik və əlavələrin edilməsi, platformanın əsas bölmələri ilə iş, şagirdlər səhifəsinin idarə olunması kimi mövzular izah edildi.