VI və IX siniflərdə monitorinq keçirildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəbin VI və IX sinif şagirdləri arasında təşkil olunmuş monitorinq zamanı şagirdlərin Azərbaycan dili, Riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanıldı.
Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.