“Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının ilk turu keçirildi.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Zəfər” məktəblilərarası I tarix olimpiadasına start verilib.

    Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş olimpiada 3 mərhələdən (məktəb, şəhər və final) ibarətdir.     Məktəb mərhələsində şagirdlər 1 saat vaxt ərzində 25 sualdan ibarət test tapşırığını həll ediblər. I mərhələdən uğurla keçən şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi