"Zərərli vərdişlərdən qorunaq!"

    Yuxarı sinif şagirdləri ilə “Zərərli vərdişlərdən qorunaq” mövzusunda maarifləndirici söhbət aparıldı.

Məktəbin direktoru çıxış edərək bildirdi ki, bu söhbətin təşkilində məqsəd hər kəsi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi seçməyə çağırmaqdır. o bildirdi ki, narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib və bildirilib ki, tütün tüstüsünün tərkibində 7 mindən artıq zərərli kimyəvi maddə var və onun təsirinin təhlükəsizlik səviyyəsi mövcud deyil.

    Təşkilatçılar bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar.

    Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi