Məktəbin Pedaqoji Şurasının növbəti iclası keçirildi.

    18.11..2022 - ci il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Dilarə Cəbrayılova, təlim - tərbiyə işləri üzrə direktor müavini Xalidə Ağayeva və müəllimlər iştirak etdilər.

    Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Dilarə Cəbrayılovanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

1. Buraxılış imtahanına hazırlıq işinin təşkili.

2. Fənn olimpiadalarının məktəb mərhələsinin nəticələri barədə.

3. Keçirilən monitorinqlərin nəticələrinin təhlili.

4. Cari məsələlər.

    İclasda I rübün yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən monitorinqlərin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.

    2022-2023 - cü dərs ilində məktəbdə IX siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edildi. İclasda direktor və direktor müavinlərinin hesabatları dinlənildi.

    Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi. Sonda fəal müəllimlərin fəaliyyəti vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi