Gənc müəllimlərlə görüş keçirildi.

     Məktəbə yeni təyin olunmuş müəllimlərlə görüş keçirildi. 

    Təşkil olunan görüşün əsas məqsədi gənc müəllimlərin məktəb mühitinə uyğunlaşmasına təkan vermək, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması baxımından onları istiqamətləndirmək, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarət idi.

    Görüşlərdə sağlam müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimin etik davranış qaydaları və sinfin idarəolunması ilə bağlı məsələlərə toxunuldu, sinif rəhbəri haqqında əsasnamənin qaydaları ilə yaxından tanış edildilər.

    Qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparıldı, milli-mənəvi dəyərlərə yiyələnən, millətini və Vətənini sevən, bilikli gənc nəslin yetişdirilməsində gənc müəllimlərin səylə çalışması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verildi. Həmçinin görüşlərdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi