“Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsi

    25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

    60 nəfər şəhid övladının iştirak etdiyi tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

    Sözü gedən yarışlarda məktəbimizi təmsil edən komanda da iştirak etmək hüququ qazanıb.

    Tədbir iştirakçıları, əvvəlcə Qəbələ şəhərində yerləşən Heydər Əliyev adına parka gəlib ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar. Sonra Qəbələ şəhərində yerləşən Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirələri anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

    Daha sonra Qəbələ şəhərində Mülki müdafiə qoşunlarının alayında “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov və İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva yarışın əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələri əldə etməsində mühüm rol oynadığını vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

    Sonra yarışlara start verilib.

    Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 9-cu dəfədir ki, təşkil olunur və bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 15 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, şimal-qərb bölgəsindən 60 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi