Son zəng tədbirindən

 

    14 iyun 2022- ci il tarixdə  Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi 295 nömrəli tam orta məktəbdə də son zəng tədbiri keçirildi. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan müəllimin, digər məsul işçilərin, Şəhid ailələri, çoxsaylı şagird və müəllim kollektivinin, valideynlərin toplaşdığı tədbir dövlət himninin sədaları ilə açıq elan edildi.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışıldı. Məktəblərimizdə vətənpərvər övladların yetişdiyini vurğulayan qonaqlar doğma yurdlarımızın Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun, vətənpərvər, qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğuladı. Valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən direktor məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.
        Daha sonra Məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək 11-ci sinfi bitirən məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladı.
          Respublikanın digər məktəblərində də son zəng tədbirləri məzunların həyatında xoş xatirəyə çevrildi. il boyu məktəbin mədəni-ictimai işlərində fərqlənən müəllim və şagirdləri fəxri fərmanlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi