“Qalxan bayraq enən deyil!”

Nardaran Bilik Evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 9 noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş “Qalxan bayraq enən deyil!” adlı bayram tədbiri keçirildi. Tədbirdə Azərbaycanın xalq şairi Nəriman Həsənzadə Nardaran qəsəbəsinin 130 və 295 nömrəli tam orta məktəblərinin müəllim və şagirdləri ilə görüşü keçirildi. Dövlət Bayrağı gününə həsr olunmuş tədbirdə şagirdlərin ifasında vətənə,bayrağımıza həsr olunmuş şeirlər dinlənildi.Bu gün ki, müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli,ləyaqətli,müstəqillik yolundan,qazandığı böyük uğurlardan çıxış edən qonaqlar tərfindən geniş məlumat verildi.Xalq şairi Nəriman Həsənzadənin "Atəbəylər" poemasından şagirdlər tərəfindən bir səhnə nümayiş etdiridi.Şairin uşaqlarla səmimi söhbəti tədbir iştirakçılarının hər birinin marağına səbəb oldu.Sonda şairin imzası ilə kitabları şagirdlərə hədiyyə olaraq bağışlanıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi