Akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı açıq dərs keçirildi.

   Məktəbin 8a sinfində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

    İlk öncə Zərifə xanım Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad edilmiş, sonra isə dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilmiş, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilmişdir.

    Tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn olması qeyd edilmiş, onun keçdiyi həyat yolunun gənc xanımlarımızın formalaşması baxımından parlaq nümunə olması vurğulanmışdır. 

    Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etməsi, 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, göz xəstəlikləri üzrə elmi-tədqiqаt işlərinin dünyа oftаlmologiyа məkаnındа akаdemik Zərifə xanım Əliyevаya böyük şöhrət gətirdiyi barədə məlumat verilmişdir.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi