31 Mart Azərbaycanlıların Soyqırım Günüdür
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən hər il məktəbin İllik Tədbirlər Planına əsasən şagirdlərlə müxtəlif maarifləndirmə xarakterli tədbirlər keçirilir.
Bu il də 5b sinif şagirdləri ilə 31 Mart hadisələrini özündə ehtiva etdirən açıq dərs keçirildi. Tarix müəllimi Qasımova İradə 31 Martda törədilən vəhşiliklər barədə ətraflə məlumat verdi. O hadisələri əks etdirən şəkilləri nümayiş elətdirdi.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik