1 Mart- Mülki Müdafiə Günüdür.

    1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Bu məqsədlə məktəbdə maarifləndirici tədbir keçirildi.

    Qərargah rəisi Ağayeva Xalidə çıxış edərək Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması, mülkü müdafiənin məqsədi və maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, Beynəlxalq  Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən  etibarən  hər il martın 1-i  bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur. Hazırda Beynəlxalq  Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.  Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.

    Məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək, fövqəladə hadisələr zamanı davranış qaydaları barədə geniş məlumat verdi. Tədbirdə əyani vəsaitlər və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx nümayiş olundu, şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi