20 Yanvar faciəsindən otuz iki il ötür.

    20 Yanvarda baş vermiş faciədən otuz iki il ötür. Bununla bağlı məktəbdə bir sıra tədbirlər keçirildi.

    Yanvarın 19-da məktəbin ibtidai siniflərinin hazırladığı "Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açıldı. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

    Məktəb şagirdləri "Şəhidlər Xiyabanı"nı ziyarət ediblər, faciə qurbanlarının qəbrlərinə gül dəstələri qoyublar.

    "20 Yanvar- tariximizin şanlı səhifəsidir" mövzusunda inşa yazı müsabiqəsi təşkil edildi. Müsabiqənin qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi