"Narkomaniyaya yox deyək!"
14.12.2021-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Sabunçu RPİ-nin əməliyyat üzrə rəis müavini polis polkovnik leytinantı Fazil Zərbəliyev,Sabunçu RPİ-nin 42-ci polis bölməsinin polis polkovnik leytinantı Emil Cavadov, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı polis kapitanı Nadir Məmmədov, Dövlət Komissiyasının İşçi qrupunun Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev ,Respublika Narkoloji Mərkəzinin həkimi narkoloqu Rövşən Kərimli,Sabunçu Rayon Gənclə və İdman İdarəsinin rəisi Rakif Əliyev iştirak etmişlər.Tədbir iştirakçıları narkomaniyanın yaranması,fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı video çarx şagirdlərə nümayiş olunmuşdur.
Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.