Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar 13 dekabr 2021-ci il tarixdə dəyirmi masa təşkil edildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək, ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan ətraflı danışdı, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs etdi.
Daha sonra məktəbin gənc müəllimləri Abbasov Sahil, Şirinova Nuranə və Qasımova Fidan çıxış edərək ümummilli liderin zəngin və mənalı həyat yolundan, dahi rəhbərin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etdilər.