IX sinif şagirdləri üçün buraxılış fənləri üzrə sınaq qiymətləndirmə keçirildi.
Təhsil Nazirliyi tərəfindən 10 dekabr tarixində IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinqdə şagirdlər açıq və qapalı test suallarını, mətn üzrə tapşırıqları cavablandırdılar. İngilis dili fənni üzrə şagirdlərə “Listening” materialları təqdim olundu.
Sınaq qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdləri buraxılış imtahanlarına hazırlamaq, onların zəif tərəflərini aşkarlayıb həmin mövzuların möhkəmləndirilməsinə nail olmaqdır.