"Yol hərəkətinin təhlükəsizliyi"

       “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbirlər təşkil edilir. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanır, məktəblilər arasında rəsm müsabiqələri keçirilir.

          Keçirilən tədbirlər çərçivəsində şagirdlərə yol hərəkəti nişanları haqqında geniş məlumat verilib. Yollarda diqqətli olmağın vacibliyi bildirilib.

        Şagirdlərin maarifləndirilməsində əsas məqsəd onların  təhlükəsizliyini, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

         Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər deyiblər, əl işlərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi