Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi.

     Məktəbin İllik Tədbirlər Planına əsasən Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı dəyirmi masa təşkil edildi. 

     Tədbirdə məktəbin direktoru Dilarə xanım Cəbrayılova və dil-ədəbiyyat müəllimləri çıxış edərək Aşıq Ələsgərin həyat və yaradıcılığından danışıblar.  

     Tədbirdə  Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb. İştirakçılar aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar ediblər. Aşıq sənətinin Türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi