“8 noyabr - Zəfər Günü” münasibətilə Sabunçu rayon məktəblilərinin rəsmlərindən ibarət sərgi keçirildi
02 noyabr 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakı Gənclər Mərkəzinin qarşısındakı istirahət parkında Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “8 noyabr - Zəfər Günü” münasibətilə Sabunçu rayon məktəblilərinin rəsmlərdən ibarət sərgi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, rayonun ümumtəhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak edirdilər.
İlk olaraq məktəblilərin 44 günlük Vətən müharibəsi və böyük Zəfərə həsr olunan rəsmlərdən ibarət sərgiyə baxış keçirildi.
Sərgidə məktəbimiz də fəal iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Zəfər tarixində göstərdiyi qəhrəmanlıqlardan söz açdı, düşmən üzərində misilsiz qələbə qazanan igidlərimizin gənc nəslə örnək olduqlarını bildirdilər. Qeyd olundu ki, Vətən müharibəsində əldə olunan qələbə xalqımızın birliyi və ordumuzun qüdrətinin təcəssümüdür.
Tədbir “8 noyabr - Zəfər Günü” münasibətilə keçirilmiş mini-futbol turniri və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi ilə davam etdi.