Zəfər tarixində Azərbaycan qadınının rolu

 

   04.11.2021-ci il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Zəfər tarixində Azərbaycan qadınının rolu” mövzusunda dəyirmi masa keçirildi.

   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə rəisi Zümrüd Səmədova, Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Vətən müharibəsi şəhidi Əsgərli Tural Ələmdar oğlunun həyat yoldaşı Vüsalə Əsgərli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 36 saylı Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimova və Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər.

   Tədbiri giriş sözü ilə açan Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolundan söz açaraq bildirdi ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi və vətən uğrunda qəhrəmancasına savaşan qazilərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.

   Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova vurğuladı ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Qeyd olundu ki, bu zəfər yürüşündə oğullarını xeyir-dua ilə cəbhəyə yola salan analar Azərbaycan qadınının məğrurluq göstəricisidir.

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə rəisi Zümrüd Səmədova, Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Vətən müharibəsi şəhidi Əsgərli Tural Ələmdar oğlunun həyat yoldaşı Vüsalə Əsgərli və Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 36 saylı Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimova çıxış edərək böyük Zəfərin əldə olunmasında Azərbaycan qadınlarının həm ön, həm də arxa cəbhədə səfərbər olaraq misilsiz qəhrəmanlıqlar nümayiş etdirdiklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi