"SON ZƏNG"

14-iyun “Son zəng”günü 295№li tam orta məktəbdə təntənəli şəkildə qeyd olundu.Tədbiri məktəbin direktoru,Millət vəkili Dilarə Cəbrayılova açaraq, bütün məzunları bu gün münasibətilə ürəkdən təbrik etdi.Bildirdi ki, bu gün onların həyatında yeni mərhələnin başlanğıcıdır.Bu həyat yolunda məzunlara uğurlar diləyən məktəbin direktoru,eyni zamanda onların yüksək nəticələrlə ali məktəblərə qəbul olmasını arzuladı.Tədbirdə iştirak edən Təhsil Nazirliyinin rəhbərliyi və əməkdaşlarına məktəbin məzunları və kollektivi adından minnətdarlığını bildirdi və bunun məkəbimizə,təhsilə olan diqqət və qayğı kimi qeyd etdi.Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar,şerlər, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi və səhnəcik göstərildi. Dərs ilini müvəffəqiyyətlə başa vuran müəllim və şagirdlər fəxri fərmanlarla təltif olundu. Sonda məzunlar xatirə şəkilləri çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi