27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirildi
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbdə 27 sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Dilarə Cəbrayılova və tarix müəllimi Sahil Abbasov çıxış edərək 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və Ali Baş Komandanın uğurlu siyasətindən ətraflı məlumat verdilər.
Tədbirdə iştirak edən şəhid ailələri və qazilər də öz fikirlərini bildirərək, Şəhidləri hörmətlə andılar.