İbtidai təhsil pilləsində əyani təhsilə start verildi
İbtidai (I-IV siniiflər) siniflərdə 22 sentyabr tarixindən ənənəvi təhsilə start verildi.
Açıq havada rəsmi hissədən ibarət salamlama təşkil olundu. Məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək şagirdləri yeni dərs ilinin başlanması münasibət ilə təbrik etdi. Şagirdlər ilk zəngin sədaları altında məktəbə daxil oldular.
Təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.