Fərqlənmə attestatı alan məzunumuz
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın 13 iyul 2021-ci il tarixli, F-160 nömrəli əmri ilə tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vurmuş məzunlara fərqlənmə attestatları verilib.
Məktəbimizin 11a sinif şagirdi Şamilov Kərim Allahverən oğlu da fərqlənmə attestatına layiq görülən şagirdlər arasındadır.
Qeyd edək ki, fərqlənmə attestatları tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə 75-dən (yetmiş beş) yuxarı bal toplayan məzunlara verilir.