1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında bu günü uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır. Bu qərardan sonra hər il iyunun 1-i uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur.Ölkəmizdə uşaqlara qayğı və onların hüquqlarının qorunması hər zaman dövlətimizin diqqəti mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev demişdir: ”Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur”.Bu gün münasibətilə Nardaran qəsəbəsində yerləşən 295№li tam orta məktəb və ətraf qəsəbələrin məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə tədbir keçirildi. 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova məktəbliləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Dünyanın hər yerində cəmiyyətin gələcəyi olan uşaqlara qayğı ilə yanaşmağın vacibliyini vurğulayan D.Cəbrayilova on bütün dünyada Uşaqların Beynəlxalq müdafiəsi gününün qeyd olunmasını alqışlayıb.Tədbirdə Nardaran və Maştağa qəsəbələrindəki 295, 293, 255, 128, 108, 22 nömrəli tam orta məktəblərin şagirdləri və müəllim kollektivi iştirak etdilər.Hər bir məktəbin şagirdləri hazırladıqları bayram proqramı ilə çıxış etdilər.Uşaqların ifa etdiyi mahnılar,rəqslər və çəkdikləri rəsmlər hamı tərəfindən maraqla qarşılandı.Son da iştirak edən məkəblərə “Təşəkkürnamələr” təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi