28 May- Respublika Günüdür

295№li tam orta məktəbdə 28 May – Respublika Gününə həsr olunmuş tarix fənnindən açıq dərs keçirildi.Dərsdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər”layihəsi çərçivəsində Quba texniki təmayüllü liseyin şagirdləri də iştirak etdilər. Nardaran və Quba məktəbliləri Respublika Gününə həsr olunmuş dərsdə fəal iştirak etdilər. Məktəbin iclas salonunda Respublika Gününə həsr olunmuş musiqili-əyləncəli kompozisiya təqdim edildi. Sabunçu rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, millət vəkili Dilarə Cəbrayılova və Quba texniki təmayüllü liseyin direktoru Gülzar Əyyubova əlamətdar hadisə münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər, Bilik Fondunun həyata keçirdiyi layihələrin böyük alqışa layiq olduğu bir daha vurğulandı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Azərbaycanın dünyaya örnək multikultural mənzərəsi” mövzusunda nitqi də iştirakçılar tərəfindən maraqla qarşılandı.Sonda Nardaran və Quba məktəbliləri Park-bulvardakı “Planetarium”da, Qız qalası, Şirvanşahlar sarayı, paytaxtın digər görməli yerlərində gəzintidə oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi